Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
Kiyev, 18 dekabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirib.
AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri, Xalq artisti Qurban Abbasov və ukraynalı aktrisa, müğənni Natalya Kudryaşovanın birgə təşkil etdiyi konsertdə Azərbaycanın xalq mahnıları səsləndirilib.
Konsertdə Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Ukraynanın müğənnilərinin iştirakı ilə keçirilən konsertin Azərbaycan musiqisinin təbliğində önəmindən danışan Q.Abbasov Ukraynanın digər bölgələrində də konsertlərin keçiriləcəyini vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev