KİYEVDƏ GUÖAM-ın İNFORMASİYA OFİSİ AÇILMIŞDIR
İyulun 16-da Ukrayna paytaxtının Melnikov küçəsindəki 36/1 nömrəli binada, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun binasında GUÖAM-ın İnformasiya ofisinın açılış mərasimi olmuşdur.
Mərasimdə Ukraynanın xarici işlər naziri A.Zlenko, Azərbaycanın və Moldovanın Kiyevdəki fövqəladə və səlahiyyətli səfirləri T.Əliyev və A.Andriyevski, Ukrayna, Gürcüstan və Moldovadan olan milli əlaqələndiricilər, xarici səfirliklərin nümayəndələri və başqaları iştirak və çıxış etdilər.
Nazir A.Zlenko dedi ki, GUÖAM-ın ilk daimi təsisatının fəaliyyətə başlamasını hamı çoxdan gözləyirdi. O, əmin olduğunu bildirdi ki, İnformasiya ofisi bu təşkilat çərçivəsində əməkdaşlığın təsirli mexanizminə çevriləcəkdir. Zlenko GUÖAM üzrə həmkarlarını Ukraynadan nümunə götürüb, öz dövlətlərinin paytaxtlarında bu cür informasiya ofisləri yaradılması işinə başlamağa çağırdı.
Mərasimdə çıxış edənlər bildirdilər ki, İnformasiya fisinin yaradılması GUÖAM ölkələrinin informasiya məkanına daxil olmağı, bu məkanın şəffaflığını və dünya ictimaiyyəti, bu təşkilata böyük maraq göstərən mətbuatı üçün açıq olmasını təmin edəcəkdir.
Ölkəmizin səfiri çıxışında dedi ki, Azərbaycan üçün xüsusilə xoşdur ki, İnformasiya ofisinin açılışı onun bu təşkilatda sədrliyi ilində olmuşdur. Respublikamız GUÖAM ölkələri dövlət başçılarının Yaltada keçiriləcək zirvə görüşündə sədrlik vəzifəsini dost Gürcüstana verəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]