Kiyevdə Ukrayna XİN rəhbəri ilə GUAM-ın Baş katibi arasında görüş olmuşdur
Kiyev, 14 may (AZƏRTAC). GUAM Katibliyinin rəsmi saytında verilən məlumata görə, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko mayın 13-də Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini qəbul etmişdir.
Görüşdə “GUAM” və “GUAM+” formatlarında əməkdaşlıq məsələləri, Təşkilatın işçi orqanlarının fəaliyyəti, Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının ehtimal edilən gündəliyi müzakirə edilmişdir.
GUAM-ın layihələrinə və əməkdaşlıq proqramlarına sərmayədarların marağını cəlb etməyin zəruriliyi vurğulanmışdır. Təşkilatın Sahəvi Əməkdaşlığı İnkişaf Etdirmək Strategiyasına uyğun olaraq, GUAM çərçivəsində sektoral qarşılıqlı əlaqələrin əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]