İQTİSADİYYAT
KOBİA Serbiyanın İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək
![](/files/galleryphoto/2021/3/1200x630/16311138955054550629_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16311138955318264663_1200x630.jpg)
Bakı, 8 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiyanın İnkişaf Agentliyinin (RAS) direktoru Rados Qazdiç arasında onlayn görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentlik və RAS arasında əməkdaşlıq üçün geniş perspektivlərin olduğu vurğulanıb, KOB-lara göstərilən dəstək və xidmətlərlə bağlı təcrübə mübadiləsinə, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə, biznes missiyaların təşkilinə, birgə əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə KOBİA-nın fəaliyyəti və sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə də məlumat verilib.