Azərbaycan Dövlət İnformasiya Agentliyi

Könüllülük fəaliyyəti cəmiyyət üçün böyük fayda verir

Könüllülük fəaliyyəti cəmiyyət üçün böyük fayda verir

Bakı, 2 fevral, AZƏRTAC

Könüllülük təmənnasız fəaliyyət növüdür. Həm də elə fəaliyyət növü ki, ona qoşulanlar yaşadığı cəmiyyətə töhfə verir, özünə rahatlıq və dinclik gətirir. Əslində könüllülüyün tarixi XVIII-XIX əsrlərə gedib çıxır. Həmin dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri “volantaire”, yəni “könüllü” adlandırırdılar. O vaxt yalnız hərbi sahədə işlədilən bu söz XX əsrdən etibarən, xüsusilə Birinci Dünya müharibəsindən sonra sosial fenomen kimi formalaşmağa başladı.

1881‐ci ildə ABŞ‐da vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu. Təbii ki, çoxlu belə nümunələr göstərmək olar və bütün bu fəaliyyətlərin əsasında cəmiyyətin hansısa probleminin həllinə dəstək vermək məqsədi dayanır. Bununla yanaşı könüllü olaraq çalışan kəs öz inkişafına dəstək olur, cəmiyyətdə olan müxtəlif və fərqli problemlərin həllində yaxından iştirak edən şəxsə çevrilir. Könüllü fəaliyyət göstərmək çox böyük üstünlüklər verir. Peşəkar təcrübə baxımından insan könüllü fəaliyyət göstərən zaman öz sahəsinin mütəxəssisinə çevrilir və könüllü fəaliyyəti müddətində əldə etdiyi bilik və bacarıqlardan gələcək karyerasında da istifadə edir.

Bunu on ildən çoxdur ki, könüllülük sahəsində fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Həmsöhbətimiz səhiyyədə könüllülüyün əhəmiyyəti barədə danışarkən bildirib: “Əslində könüllülüyün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, insan həqiqətən özünü cəmiyyət üçün faydalı hiss edir, müəyyən bir təcrübə toplayır və sonrakı fəaliyyətində ondan istifadə edir. Səhiyyədə könüllülük xüsusi əhəmiyyət daşıyır. Sağlamlıq üçün çalışmaq, sağlam gənclik və sağlam gələcək naminə bilik və bacarıqlar əldə etmək və onları ətrafdakılarla bölüşmək xüsusilə mühüm əhəmiyyət kəsb edir. Cansağlığı olmadan hər hansı bir sahədə uğurla fəaliyyət göstərmək mümkünsüzdür, ona görə də sağlam həyat tərzinin təbliği, müxtəlif xəstəliklərdən qorunmaq üçün könüllü çalışmaq, ümumilikdə sağlam cəmiyyətin qurulması üçün prioritet məsələlərdən biridir. Belə olan şəraitdə insan həm özü sağlam həyat tərzi üçün vacib olan qaydaları və sağlamlığı qorumağın yollarını öyrənir, həm də bu işin təbliğatında birbaşa iştirak edir. Nəticədə həm özünə, həm də cəmiyyətə fayda vermiş olur”.

Onun dediyinə görə, adətən könüllü fəaliyyət barədə danışılanda yalnız şəxsi və peşəkar bacarıqların təkmilləşməsi məsələsi xüsusi olaraq qeyd edilir. Lakin könüllülük fəaliyyətinə başqa prizmadan da yanaşmaq olar: “Bu, danılmaz bir faktdır ki, sağlamlıq hər kəs üçün ən vacib və ilkin məsələdir. Səhiyyədə könüllülüyün təbliğ olunmasında ən əsas səbəb budur, çünki könüllülük həm də sağlamlıq vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır. Məsələn, Amerikada aparılan araşdırma könüllülərin könüllü olmayanlardan daha çox həyat zövqünə və daha yüksək sağlamlıq vəziyyətinə sahib olduğu nəticəsini ortaya çıxarıb. Tədqiqat müəyyən edib ki, könüllülük fəaliyyətinə ildə təxminən 100 saat sərf edənlərdə sağlamlıq sahəsində müsbət dəyişikliklər daha çox olub. ABŞ-ın Ekseter Universitetində çalışan alimlərin apardığı digər bir tədqiqatın nəticələrinə görə, könüllülərin stresslə mübarizə aparmaq, sağlamlıq problemlərindən qurtulmaq, daha uzun ömür sürmək və daha xoşbəxt yaşamaq ehtimalı başqalarından daha yüksəkdir. Ümumiyyətlə, aparılan beynəlxalq tədqiqatlar göstərir ki, könüllülər könüllü olmayanlardan daha aşağı ölüm göstəricisinə malikdirlər və gənc yaşda könüllülük fəaliyyəti ilə məşğul olanların sonrakı həyatlarında xəstəliklərə tutulma ehtimalı daha azdır”.

Hazırda ölkəmizdə gənclərin könüllü fəaliyyət göstərməsi üçün yaradılan imkanlar barədə danışan mütəxəssis deyib: “Çox yaxşı haldır ki, ölkəmizdə könüllülüyün təbliği üzrə kifayət qədər uğurlu işlər görülür, dövlət qurumları, özəl sektor və müxtəlif təşkilatlar könüllülüyün təbliği istiqamətində bir sıra layihələr həyata keçirirlər. Ötən il ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğal altında olan torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsində könüllü iştirak edən, öz qəlbinin səsi, ürəyinin hökmü ilə müqəddəs haqq savaşına qalxan əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və rəşadət nümunəsi könüllülüyün dəyərini daha da yüksəltdi. Bundan başqa ölkəmizdə “Könüllü fəaliyyət haqqında” Qanunun, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” haqqında Sərəncamın qəbul edilərək icra edilməsi ölkəmizdə könüllülüyün nə qədər geniş əhəmiyyət daşıdığını bir daha sübut edir”.

“Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, könüllülük hər bir sahədə insana çox böyük təcrübə və geniş dost auditoriyası qazandırır. Xüsusilə tibbi təhsil alan tələbələrin bu işə qoşulması çox faydalı olardı. Gənclərimizin bu işə qoşulması və özlərini könüllülük fəaliyyətində sınaması əlbəttə ki, həm cəmiyyət, həm də onların özləri üçün müsbət nəticələrə səbəb olar”, - deyə Şəhla Mirzəzadə fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi

Gənclər Kitabxanası Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb

Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi REPORTAJ

Akademik: Vasim müəllimin yeri daim görünür

Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

® “Rabitəbank”dan təhsil işçilərinə 50 min manatadək nağd pul krediti

Qızıl və gümüşün bahalaşması davam edir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan nefti 91,51 dollara satılır

Neft baza sahəsində “yanğın” söndürüldü, əməkdaşlar “təhlükəli ərazidən” təxliyə edildilər

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Akademik Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təşəbbüskarlarından olub

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI

Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib

“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək

Özbək jurnalist : Azərbaycan və Özbəkistan yeni əməkdaşlıq modeli formalaşdırır

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı