Koreyanın Soqanq Universitetində “Azərbaycan günü” keçirilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatı Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Soqanq Universitetində “Azərbaycan günü” adlı açıq sərgi və təqdimat mərasimi keçirmişdir.
Sərgidə Azərbaycanın milli musiqi alətləri, incəsənət nümunələri, milli mədəni və tarixi irsinə aid materiallar nümayiş etdirilmişdir. Təqdimatda Azərbaycanın son illər iqtisadiyyat, idman, incəsənət və turizm sahələrində əldə etdiyi nailiyyətlər barədə məlumat verilmiş, bukletlər və məlumat kitabçaları paylanılmışdır.
“BUTA-nın sədri Orxan Ləzimov rəhbərlik etdiyi təşkilatın bu cür tədbirlərin sayını artırmaq və Koreyanın digər qabaqcıl universitetlərində də daha geniş formatda həyata keçirmək niyyətində olduqlarını bildirmişdir.
Soqanq Universitetinin tələbəsi, “BUTA”-nın idarə heyətinin üzvü Rüfət Mustafayevin verdiyi məlumata görə, bu kimi tədbirlər Soqanq Universitetində bir ənənəyə çevrilmişdir.