Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti üzərinə götürən Milan Radoiçiç saxlanılıb
Belqrad, 4 oktyabr, AZƏRTAC
Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti öz üzərinə götürən “Serb Siyahısı Partiyası”nın keçmiş sədr müavini Milan Radoiçiç Serbiyada saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sentyabrın 24-də Kosovonun şimalında kosovolu bir polis əməkdaşının ölümü ilə nəticələnən hadisələrə görə məsuliyyəti öz üzərinə götürən M.Radoiçiç prokurorluğun qərarı ilə paytaxt Belqraddakı bir mənzilə basqın zamanı saxlanılıb və onun barəsində 48 saatlıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Milan Radoiçiç sentyabrın 29-da silahlı toqquşmanı təkbaşına planlaşdırdığını və partiyadan istefa verdiyini açıqlamışdı.
Sentyabrın 24-də Kosovonun şimalında silahlı toqquşma nəticəsində kosovolu bir polis əməkdaşı həlak olub, biri yaralanıb, üç Kosovo serbi isə öldürülüb. Bu hadisədən sonra Serbiya və Kosovo arasında gərginlik yenidən artıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]