Kür çayının aşağı axınında suyun səviyyəsi artmışdır
Bakı, 2 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-130, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 15-20, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil etmişdir.
Sentyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunmuşdur.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım, Araz çayının Novruzlu məntəqəsində isə azalma qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə-Surrada 339, Şirvanda 194, Salyanda 133, Bankədə 225, Araz çayının Novruzlu məntəqəsində isə 56 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]