KÜR VƏ ARAZ TRANSSƏRHƏD ÇAYLARININ ÇİRKLƏNMƏ VƏZİYYƏTİ MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının və çayların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə avqust ayının birinci ongünlüyündə növbəti monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayının Gürcüstan ərazisində, Şıxlı-2 məntəqəsində, Ağstafaçay və Ağstafaçay su anbarında suyun tərkibindəki fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) keçməsi müşahidə olunmuşdur.
Biogen maddəllərdən ammonium, nitrat və nitrit ionların səviyyəsi norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında mis və fenolun miqdarının normadan dəfələrlə artıq olduğu aşkarlanmışdır.
Horadiz, Bəhrəmtəpə və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiriciləri YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə norma daxilindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]