Kürd İşçi Partiyasının terrorçuları Almaniyadan Suriya və İraqa gedirlər
Berlin, 22 may, AZƏRTAC
AFR hökumətinə terrorçu qruplaşmaları dəstəkləmək üçün Almaniyadan Suriya və İraqa yola düşən mindən çox ekstremistin adı məlumdur. AZƏRTAC Solçular Partiyasının Bundestaqdakı fraksiyasının sorğusuna Almaniya hökumətinin rəsmi cavabına istinadla bildirir ki, onların yarıdan çoxu AFR vətəndaşıdır.
Açıqlanan rəqəmlər göstərir ki, AFR-dən döyüş əməliyyatları rayonlarına yola düşənlərin sayı yenidən artıb, amma iki il əvvəllə müqayisədə xeyli azdır. Məlumatdan o da məlum olur ki, Kürd İşçi Partiyasının (PKK) və “Kürd Özünümüdafiə Dəstələri” deyilən PYD qruplaşmasının 243 tərəfdarı terrorçu fəaliyyətdə iştirak etmək üçün 2013-cü ildən etibarən Almaniya hüdudlarını tərk edib. PKK-nın özü də Almaniyada terrorçu təşkilat sayılır. Suriya, İraq və Türkiyədə onlarca almaniyalı terrorçu həbsdədir. Bir çoxları, o cümlədən qadınlar və uşaqlar artıq Almaniyaya qayıdıb. 2017-ci il parlament seçkilərindən sonra Almaniyada yeni hökumət formalaşan zaman mühafizəkar XDİ/XSİ partiyaları və sosial demokratlar bloku koalisiya sazişində göstəriblər ki, ikili vətəndaşlığı olan, amma qaynar nöqtələrə yollanan ekstremistlərin terrorçu qruplaşmanın tərəfində döyüş əməliyyatlarında iştirakı sübuta yetirilsə, onlar AFR vətəndaşlığından məhrum edilməlidirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]