REGİONLAR
Kürdəmir rayonunda kartof yığımı davam edir
Kürdəmir, 10 iyun, AZƏRTAC
Kürdəmir rayonunda kartof yığımı davam edir. Fermerlər və fiziki şəxslər indiyədək sahələrdən 5,4 tondan çox məhsul götürüblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2020-ci ilin məhsulu üçün 895 hektar sahədə yazlıq kartof yetişdirilib. Daha çox əkin aparılan Muradxan, Ərəbqubalı, Axtaçı, Mehdili inzibati ərazi dairələrində torpaq mülkiyyətçiləri bol məhsul götürürlər. Hələlik rayon üzrə hər hektarın məhsuldarlığı 124,9 sentnerdir ki, bu da ötən ilin göstəricisindən 0,8 sentner çoxdur.
Qeyd edək ki, yığılan məhsulun bir qismi yerli və ətraf regionların bazarlarına göndərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]