KÜRDƏMİRDƏ POLİKLİNİKA İSTİFADƏYƏ HAZIRLANIR
Kürdəmir şəhərinin Heydər Əliyev prospektində tikintisi uzun illərdən bəri yarımçıq qalmış poliklinika istifadəyə verilmək üçün hazırlanır. Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın müxbirinə verilən məlumatda bildirilir ki, hazırda bu böyük səhiyyə obyekti inventar və avadanlıqla təchiz edilir, ətrafında abadlaşdırma işləri aparılır.
Poliklinikanın inşasının başa çatdırılması, bütün zəruri inventar və avadanlığın alınması üçün 600 min manat vəsait sərf edilmişdir. Tikinti işləri “Alfa” MMS tərəfindən yüksək keyfiyyətlə həyata keçirilmişdir. Burada sakinlərə lazımi xidmət üçün hər cür şərait olacaqdır. Səhiyyə ocağının yüksək ixtisaslı kadrlarla təminatı da diqqət mərkəzindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]