LAÇINLI ANANIN ÜÇ ƏKİZ OĞLU OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bərdə rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkün Xuraman Əliyeva dünyaya üç oğlan uşağı gətirmişdir. Həkimlərin rəyinə görə ana və əkiz qardaşlar sağlam və gümrahdırlar. Bu xoşbəxt ananın ilk uşaqları da əkiz doğulmuşdur.