Latviya DTK-nın məxfi sənədlərinin bir hissəsini dərc etməyə başlayır
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 20-də Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsinin sənədlərinin bir hissəsi internetdə dərc ediləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Latviya Milli Arxivinin mətbuat xidməti məlumat yayıb. “Bu il dərc olunacaq sənədlər qrupuna DTK əməkdaşlarının telefon kitabçası, komitənin ştatdankənar operativ işçilərinin qeydiyyat kartotekası, agentlərin əlifba və statistik kartotekası, habelə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin qeydiyyat siyahısı daxildir”, - məlumatda belə deyilir.
Bir qədər əvvəl Konstitusiyanın Müdafiəsi Bürosu Seymin insan hüquqları və ictimai işlər üzrə komissiyasına DTK-nın kartotekasının internetdə dərc olunmasının müəyyən risklər yaradacağı, o cümlədən əhali arasında təhlükəsizlik xidmətinə etimadı aşağı sala biləcəyi barədə məktub göndərib. Məktubda kartotekadakı məlumatın orada adları keçən insanlara əsassız zərər vura və ölkənin təhlükəsizliyinə təhlükə yarada biləcəyi də qeyd edilib.
Xatırladaq ki, oktyabrın 4-də Latviya Seymi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sənədlərinin ilin sonuna qədər internetdə dərc olunması barədə qanun layihəsini yekun oxunuşda qəbul edib. Respublika 1940-1991-ci illərdə SSRİ-nin tərkibində olub.
Ölkədə bir neçə il əvvəl Latviya SSR DTK-sının arxivlərini tədqiq edən ekspert və tarixçilərdən ibarət xüsusi hökumət komissiyası yaradılıb. Komissiyanın qarşısında duran əsas məqsəd arxivlərin elmi, o cümlədən tarixi və hüquqi baxımdan tədqiqi, həmçinin ölkəyə və vətəndaşlara vurulan maddi və mənəvi zərərlərin müəyyən olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]