LƏNKƏRAN HAVA LİMANI 2008-Cİ İLİN SENTYABRINDA İSTİFADƏYƏ VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, Lənkəran şəhərində inşa edilən beynəlxalq hava limanı 2008-ci ilin sentyabrında istifadəyə veriləcəkdir.
326 hektar ərazini əhatə edən hava limanında uçuş xəttinin uzunluğu 320, eni 60 metrdir. Burada saatda 150 sərnişini qəbul edib təyyarə ilə yola salmaq üçün hər cür şərait yaradılacaqdır.
Hava limanında aerovağzal, təyyarələrin hərəkəti üçün üç meydan, yük terminalı, elektrik yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, avtobaza, qazanxana, su anbarı və yanğından mühafizə binaları inşa edilmişdir.
Hava limanında quraşdırılan avadanlığın əksəriyyəti Türkiyədən gətirilmişdir. Burada 200 nəfər işlə təmin ediləcəkdir.
Xatırladaq ki, 2005-ci il sentyabrın 8-də Lənkəran hava limanının təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]