Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları şəhid ailələri ilə görüş keçiriblər
Bakı, 20 oktyabr, AZƏRTAC
Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları şəhidlərin ailə üzvləri və yaxınlarını ziyarət ediblər.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran rayonunun Velədi kənd sakini Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Samir Quliyev, Lənkəran rayonunun Göyşaban kəndində yaşamış, Qubadlıda gedən döyüşlərdə şəhadətə yüksələn Elməddin Məmmədov, Masallı rayonunun Yeddioymaq kənd sakini, Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əlimərdan Quluzadənin ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə Vətən müharibəsi qəhrəmanları olan şəhidlərimizin əziz xatirəsi anılıb. Onların daim ehtiramla anılacağı vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]