LƏNKƏRAN ŞƏHƏRİNDƏ İÇMƏLİ SU PROBLEMİ HƏLL EDİLİR
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, Lənkəran şəhəri əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə Xanbulan-Lənkəran su xəttində 3 kilometr ərazidə yenidənqurma işlərinə başlanmışdır.
Qısa müddət ərzində burada su boruları yenisi ilə əvəz edilmiş, Xanbulan kəndindən Yuxarı Nüvədi kəndinədək olan yüksək ərazidən keçən boru xətləri aşağı düzənliyə endirilmişdir.
Xanbulan-Lənkəran su xəttində yenidənqurma işləri başa çatdıqdan sonra şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]