Lənkəranda bağçılığın inkişafına güzəştli kredit ayrılıb
Bakı, 8 yanvar, AZƏRTAC
Lənkəranda bağçılığın inkişafına güzəştli kredit ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, Sahibkarlığın İnkişafı Fondu (SİF) “Lenk Fruit” MMC-nin intensiv sitrus meyvələrinin yetişdirilməsi üçün bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verib. Layihə nəticəsində 30 yeni iş yerinin yaradılması nəzərdə tutulur.