Lənkəranda Cənub Televiziyasının istehsal etdiyi “Təlatüm” bədii filminin təqdimatı olmuşdur
Lənkəran, 16 iyul (AZƏRTAC). Lənkəran şəhərində Cənub Televiziyasının (CTV) nəzdində fəaliyyət göstərən “CTV-Sinema”nın istehsal etdiyi “Təlatüm” bədii filminin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, iki insan qrupunun fərqli həyat tərzindən bəhs edən filmdə cəmiyyətdə baş verənlərə dözməyib səsini ucalda bilməyənlərin, çıxış yolunu içkiyə qurşanmaqda görənlər və narkomaniyaya aludə olaraq həyatda özlərini itirənlərin faciəsi, ailə dramları, harınlaşmış mənsəb sahiblərinin özbaşınalığı lentə alınmışdır.
Filmin ssenari müəllifi Bəxtiyar Axundov, rejissoru Şamil Muradovdur.
Baş rolları Xalq Artisti Qabil Quliyev, aktyorlardan Orxan Cahangir və Gülər Kərimova ifa edirlər. Çəkilişlər Astara, Lənkəran və Masallı rayonlarında aparılmışdır.
Mərasimdə çıxış edən filmin baş prodüsseri Eltən Qədimbəyli bildirmişdir ki, qısa müddətdə ekranlaşdırılan tammetrajlı bədii film triller janrında çəkilmişdir.
Filmin təqdimatı konsert proqramı ilə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [17:48]
“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO
- 04.06.2026 [17:34]
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 04.06.2026 [17:17]