REGİONLAR
Lənkəranda dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib
Lənkəran, 10 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəranda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib.
Onlayn tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edənlər ölkəmizdə bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərdən və onun nəticələrindən danışıblar.
Çıxışlarda, həmçinin Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu ilin 18 mart tarixli əmrinə əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.