Lənkəranda və Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş vermişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Lənkəran rayonunun Siyavar kəndində rayon sakinləri Sücayəddin Hacıyevin idarə etdiyi “VAZ-2107” və Orxan Mahmudovun sürdüyü “İsuzu” markalı avtomobillər toqquşmuşdur. Hər iki sürücü və sərnişin Ramin Sadıqov xəstəxanaya yerləşdirilmişdir. S.Hacıyevin həyatını xilas etmək mümkün olmamışdır.
Quba rayonunun İqrik kənd sakini Elnur Əzizovun idarə etdiyi “VAZ-2106” və Qusar rayon sakini Qadaş Şeydabəyovun sürdüyü “Man” markalı nəqliyyat vasitələri toqquşmuşdur. E.Əzizov hadisə yerində keçinmişdir.
Paytaxtın Yasamal rayonunun A.Şərifzadə küçəsində Bakı sakinləri Timur Salmanovun və Babək Novruzovun idarə etdikləri “Mercedes” və “VAZ-21015” markalı avtomobillərin toqquşması üç nəfərin xəsarət alması ilə nəticələnmişdir. Yaralılar - paytaxt sakinləri Heyran Novruzova, Abduləzim Gülməmmədov və onun oğlu Nazim xəstəxanaya çatdırılmışlar. H.Novruzovanın vəziyyəti orta-ağırdır. Digərləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]