Lənkəranlı məktəbli “Zəfər dastanı” adlı onlayn Respublika mahnı müsabiqəsində ikinci yeri tutub
Lənkəran, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin XI sinif şagirdi, gənc müğənni Allahverən Hüseynzadə “Zəfər dastanı” adlı onlayn Respublika mahnı müsabiqəsində uğurla çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən, tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər dastanı” adlı onlayn Respublika şeir və mahnı müsabiqəsinin mahnı nominasiyasında 15-20 yaş qrupu üzrə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin XI şagirdi Allahverən Hüseynzadə ikinci yerə sahib olub.
Qeyd edək ki, lənkəranlı gənc müğənni üçüncü dəfədir Respublika mahnı müsabiqəsində uğur qazanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:22]
Naxçıvan Muxtar Respublikasının ixrac göstəricisi 23 faiz artıb
- 19.06.2026 [11:50]