Lerik meşələrində qanunsuz ağac kəsilməsi ilə bağlı şikayət ərizələri yerində araşdırılmışdır
Bakı, 25 aprel (AZƏRTAC). Lənkəran şəhər sakini Zöhrab Əliyevin və Lerik rayonunun Vov kənd sakini Mais Babayevin Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində qanun pozuntularının olması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına yazdıqları eyni məzmunlu şikayət ərizələri aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) göndərildikdən sonra dərhal araşdırmalara başlanılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı 83 yaşlı Zöhrab Əliyev Lerik MMBM-də 60 il müxtəlif vəzifələrdə işlədiyini, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən xitam verildiyini və yenidən işə götürülmədiyindən əsəbiləşərək şikayət ərizəsi yazdığını bildirmişdir. Digər şikayətçi Mais Babayev isə yazılı izahat verərək ərizənin onun adından yazılmadığını bildirmiş və buna görə də ərizədən imtina etmişdir.
Buna baxmayaraq ETSN-in əməkdaşları məktubda göstərilən ərazidə yoxlamalar aparmışlar. Yoxlama zamanı Razvandoband meşəbəyliyinin 19 nömrəli meşə dolayında 131,35 manat köküstə nırx dəyərində 30,03 kubmetr həcmində, 20 nömrəli meşə dolayında 128,40 manat köküstə nırx dəyərində 29,73 kubmetr həcmində, 23 nömrəli meşə dolayında 102,60 manat köküstə nırx dəyərində 24,02 kubmetr həcmində müxtəlif növ və diametrdə olan ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilmişdir.
Faktlarla bağlı nazirliyin əməkdaşları tərəfindən müvafiq sənədlər tərtib olunmuş, meşə fonduna dəymiş ziyanın meşə gözətçiləri tərəfindən ödənilməsi təmin edilmişdir. Meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə Lerik MMBM-in rəhbərliyinə müvafiq tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]