Leyla Abdullayeva: Ermənistanın iki dövlətin sərhədində təxribat törətməsi normallaşma prosesinə ziddir
Bakı, 13 sentyabr, AZƏRTAC
Ermənistan tərəfindən iki dövlətin sərhədində növbəti hərbi təxribatın törədilməsi davam edən normallaşma prosesinə ziddir.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında etdiyi paylaşımında bildirib.
L.Abdullayeva qeyd edib: “Bu təxribat Ermənistan tərəfindən beynəlxalq hüququn və üçtərəfli bəyanatların müddəalarının pozulmasıdır. Bu, eyni zamanda, davam edən normallaşma prosesinə ziddir. Bu, həm də Azərbaycanın sülh və yenidənqurma işlərinə mane olur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]