Leyla Şıxlinskaya Klinikası Qələbə Günü münasibətilə müharibə veteranlarını pulsuz müayinə edəcək
Bakı, 5 may, AZƏRTAC
Leyla Şıxlinskaya Klinikası mayın 7-də müharibə veteranlarını pulsuz müayinə edəcək.
Klinikadan AZƏRTAC-a verilən məlumata görə, xeyriyyə aksiyası 9 may - Qələbə Günü münasibətilə keçiriləcək. Böyük Vətən, Qarabağ və Əfqanıstan müharibələrinin veteranları, Çernobıl qəzasının iştirakçıları həmin gün klinikaya müraciət edə bilərlər. Müayinə üçün onlar özləri ilə şəxsiyyət vəsiqələrini, müharibə iştirakçısı olması və ya əlilliyi təsdiq edən sənədləri götürməlidirlər. Müharibə veteranların ailə üzvləri isə 50 faiz endirimlə müayinələrdən keçə biləcəklər. Qəbul səhər saat 9.00-dan 16.00-dək davam edəcək.
Qeyd edək ki klinika belə aksiyaları hər il ənənəvi olaraq keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]