Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin meneceri Sefton Perrinin və Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirak etdiyi görüşdə premyer liqada iştirak etmək üçün klubların lisenziyalaşdırılması və UEFA-nın klub yarışlarında iştirak etmək üçün ölkə klublarının lisenziyalaşdırılması üzrə qaydalar barədə ətraflı məlumat verilmiş, ötən mövsümlə müqayisədə qaydalara edilən əlavə və dəyişikliklər qeyd olunmuşdur. Lisenziyalaşdırma prosesi çərçivəsində həyata keçiriləcək tədbirlərin proqramı açıqlanmışdır. Klub nümayəndələrinə adıçəkilən qaydaların öz əksini tapdığı vəsaitlər təqdim olunmuşdur.
Noyabrın 20-də “Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran”, “İnter”, “Simurq”, AZAL, “Qəbələ” və “Bakı” klublarının nümayəndələri ilə S.Perrinin ayrı-ayrılıqda görüşü keçiriləcəkdir. AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri də görüşlərdə iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]