Liviya sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub
Bakı, 19 mart, AZƏRTAC
Liviyanın şərqindəki Sabratha şəhərinin sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub.
AZƏRTAC “Ruters” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Liviyanın təhlükəsizlik xidməti yayıb. Batmış daha 17 miqrantın axtarışı üzrə əməliyyat tədbirləri davam edir. Xidmətin sözçüsü Aiman Dəbbaşi bildirib ki, Sabratha yoxsulluqdan və aclıqdan Avropa ölkələrinə köç edən insanlar üçün əsas toplaşma məntəqəsidir. Onun sözlərinə görə, burada İtaliya və Avropa İttifaqının maliyyə dəstəyi ilə sərhəd mühafizə tədbirləri xeyli gücləndirilib. “Lakin qanunsuz miqrantları daşıyan qayıqların dənizə çıxmasının qarşısı alınmayıb. Sudandan olan və qayıqdan sağ qurtulmuş miqrantın dediyinə görə, qayıqda 27 nəfər olub və onlar Zuvaraf şəhərinə doğru hərəkət ediblər. Amma biz ölənlər istisna olmaqla, qalanlardan xəbər ala bilmirik”, -deyə Dəbbaşi agentliyə müsahibəsində qeyd edib. O əlavə edib ki, həmin miqrantlar Afrikanın Səhra bölgəsindən olan insanlardır.
Birləşmiş Millətlər Təşkilatının miqrasiya agentliyi (IOM) bildirib ki, batan qayıqdan xilas edilən 15 nəfər xəstəxanaya çatdırılıb, 10 nəfər həlak olub, daha 2 miqrant isə itkin düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]