Los-Anceles yaxınlığında sürətli nəqliyyat tuneli istifadəyə verilib
Bakı, 19 dekabr, AZƏRTAC
Milyarder İlon Maska məxsus “The Boring Company” şirkəti yerüstü hərəkət vasitələrinə və metroya alternativ olaraq hazırlanan sürətli nəqliyyat tunelini istifadəyə verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sahibkar bu barədə kompaniyanın saytında yayımlanan təqdimat mərasimi zamanı bildirib. İlon Maskın sözlərinə görə, tuneldə elektrik dartı qüvvəsi üzərindəki platformalar, sonra isə elektromobillər saatda 240 kilometr sürətlə hərəkət edə biləcək. Tunel, həmçinin piyadaların və velosipedçilərin hərəkəti üçün nəzərdə tutulur. Test tunelinin tikintisi kompaniyaya 10 milyon dollara başa gəlib.
İlon Mask “The Boring Company” kompaniyasını 2016-cı ilin sonlarında təsis edib. Kompaniya Kaliforniya ştatının Los-Anceles şəhəri və paytaxt regionunun şərq sahili rayonunda iki paralel tunel şəbəkəsinin tikintisini planlaşdırır. Növbəti mərhələdə Texas və ya San-Fransiskoda yeraltı dəhlizlərin tikilməsi istisna edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]