LÜKSEMBURQUN BÖYÜK HERSOQU ƏLAHƏZRƏT ANRİYƏ
Lüksemburq Böyük Hersoqluğunun milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, dost ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyun 2006-cı il.