Macarıstan və Rusiya “Sputnik V” vaksinini birgə istehsal edəcəklər
Budapeşt, 4 dekabr, AZƏRTAC
Macarıstanda vaksin istehsalı üçün yeni zavod tikintisi başlanıb. Paralel olaraq Rusiya Federasiyası hökuməti ilə “Sputnik V” vaksininin birgə istehsalı barədə danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto elan edib. Onun sözlərinə görə, Macarıstanda Rusiyanın “Sputnik V” preparatı ilə iş sahəsində böyük təcrübə toplanıb.
Siyarto jurnalistlərə müsahibəsində deyib: “Bizim “Sputnik” vaksini ilə iş sahəsində zəngin təcrübəmiz var. Bir milyondan çox macar bu vaksinlə peyvəndlənib və digər 5 vaksin kimi bu vaksin də yaxşı nəticələr göstərib. Onlar hamısı çox səmərəlidir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]