Macarıstanda heykəllərə maska taxırlar
Budapeşt, 10 iyun, AZƏRTAC
Son vaxtlar Macarıstanda bir çox heykəl, büst və abidələrdə üz maskası görmək mümkündür.
AZƏRTAC xəbər verir ki, adi vətəndaşlar və hətta uşaqlar heykəl qəhrəmanlarının üzlərinə maska taxır, bununla da öz həmvətənlərini əslində hər kəsi bezdirən koronavirus pandemiyası dövründə ciddi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.
Polis buna əngəl törətmir, əksinə, anlaşıqlı və hətta yumorla yanaşır, bunda heç bir qanunazidd hərəkət görmür. AZƏRTAC-ın xüsusi müxbiri bununla bağlı kiçik fotosessiya hazırlayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt