Mağazalardan xeyli sayda partlayıcı və pirotexniki vasitələr aşkarlanaraq götürülüb
Bakı, 24 dekabr, AZƏRTAC
Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin və pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 22-də keçirdikləri növbəti reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 5700, Xırdalan şəhərində köşkdən 11 min 536 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitə aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]