ELM VƏ TƏHSİL
Magistratura imtahanının ikinci mərhələsi başa çatdı VİDEO
Bakı, 26 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da qəbul imtahanının ikinci mərhələsini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, imtahan saat 13.00-da başlanıb və saat 14.30-da başa çatıb.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunub və imtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.
Qeyd edək ki, hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisas müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.