Malayziyalı müşahidəçi: “Səsvermənin gedişində qanun pozuntuları aşkar etmədik”
Bakı, 1 noyabr, Rafael Həsənov, AZƏRTAC
Azərbaycan Milli Məclisinə seçkilər üzrə Malayziya müşahidə missiyasının rəhbəri Sulalman bin Naravi AZƏRTAC-ın müxbiri ilə söhbətində Bakı şəhəri, Nəsimi ikinci seçki dairəsinin 22 nömrəli seçki məntəqəsində müşahidələri barədə fikrini bölüşüb.
O, ölkəmizdə keçirilən beşinci parlament seçkilərinə dəvət edilməsinə görə Azərbaycana, o cümlədən Mərkəzi Seçki Komissiyasına təşəkkürünü bildirib.
Sulalman bin Naravi deyib: “Biz beş seçki məntəqəsində olduq. Səsvermənin gedişində hər hansı problem və qanunvericilik tələblərinin pozulması hallarını müşahidə etmədik. İnsanlar böyük ruh yüksəkliyi ilə məntəqələrə gəlir, istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Səsvermə prosesinin şəffaflığı təmin edilib”.
Xarici müşahidəçi bildirib ki, Azərbaycan MSK bu seçkilərin layiqli səviyyədə keçirilməsini təşkil edib.
Onun sözlərinə görə, Malayziya nümayəndə heyəti artıq üç gündür ki, Bakıdadır. Bin Naravi xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayaraq deyib ki, burada xeyirxah və üzügülər insanlar yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]