Malayziyanın korrupsiyada təqsirli bilinən müxalifət lideri vəzifəsini tərk edib
Tokio, 19 dekabr, AZƏRTAC
Malayziyanın sabiq Baş nazirinin müavini Əhməd Zahid Hamidi korrupsiya ittihamı ilə əlaqədar ölkənin keçmiş hakim bloku olan Birləşmiş Malay Milli Təşkilatının (OMNO) prezidenti vəzifəsini tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzetinin internet versiyası məlumat yayıb.
Korrupsiya qalmaqalı ilə əlaqədar partiyanın bir çox üzvü təşkilatı tərk etdikdən sonra Ə.Z.Hamidi öz səlahiyyətlərini müavininə təhvil verdiyini bildirib. O, bu barədə qərarını dekabrın 18-də axşam saatlarında elan edib və bildirib ki, məqsədi partiyanı dağılmaqdan xilas etməkdir.
Sabiq Baş nazirin müavininə qarşı kirli pulların yuyulması, etibardan sui-istifadə, rüşvət almaq ittihamları irəli sürülüb. Özünü təqsirkar bilməyən siyasətçi elan edib ki, məhkəmədə ittihamın bütün bəndləri üzrə özünü müdafiə edəcək. Məhkəmənin müəyyən girov müqabilində onu azad etdiyi bildirilir.
2018-ci ilin mayında keçirilən seçkilərdə məğlub olan sabiq Baş nazir Nacib Razakın müavini və OMNO-nun prezidenti Əhməd Zahid Hamidi son aylar Antikorrupsiya Komissiyası tərəfindən altı dəfə dindirilib. Bu dindirmələrin hər biri səkkiz saatdan çox çəkib. Qəzetin bildirdiyinə görə, dekabrın 13-dəki son dindirmədən sonra o, həbs edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]