İQTİSADİYYAT
Manatla pul bazası ilin әvvәlindәn 7,1 faiz artıb
![Manatla pul bazası ilin әvvәlindәn 7,1 faiz artıb](/files/2021/3/1200x630/16408660206128361313_1200x630.jpg)
Bakı, 30 dekabr, AZƏRTAC
Manatla pul bazası ilin әvvәlindәn 7.1 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMB-nin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
İl әrzindә pul tәklifinә tәsir göstәrәn başlıca amil dövlәt büdcәsinin gәlir vә xәrclәrindәn asılı olaraq formalaşan vahid xәzinә hesabının dәyişimi olub. Mәrkәzi Bank tәrәfindәn pandemiya şәraitindә iqtisadiyyata zәruri nöqtәvi likvidlik dәstәyinin göstәrilmәsi dә pul tәklifinә tәsir edib. Ümumilikdә, pul siyasәtinin dәyәr baxımından yumşaldılmağa başlanıldığı 2018-ci ilin әvvәlindәn bәri pul tәklifi 52 faiz artıb. Pul siyasәtinin yumşaldılması Mәrkәzi Bankın depozit әmәliyyatları vә qısamüddәtli notları üzrә faiz dәrәcәlәrinin, elәcә dә dövlәt qiymәtli kağızlarının gәlirliyinin azalması ilә müşayiәt edilib. Banklararası bazarda faizlәr, habelә depozit vә kredit faizlәri risk premiyası ilә yumşalan monetar şәrait arasında tarazlaşıb. Ümumilikdә, 2018-ci ilin yanvarından bәri manatla yeni kreditlәr üzrә orta faizlәr 5,5 faiz bәndi azalıb. Real sektorda pandemiyanın tәsiri ilә güclәnәn risklәr faizlәrin daha çox azalmasını mәhdudlaşdırıb.