Martda “Khazar” zavodunda 1000 ədəd “Peugeot” avtomobilinin istehsalı gözlənilir
Tehran, 8 fevral, AZƏRTAC
Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “Iran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” avtomobil zavodunda mart ayında 1000 ədəd “Peugeot” markalı avtomobilin istehsal edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, “Iran Khodro”nun Asiya və MDB ölkələri üzrə şöbə müdiri Səbinə Nubari şirkətin mühəndislərinin yeni və müasir standartlara cavab verən layihələr hazırladığını deyib: “Həmin layihələr üzrə istehsal ediləcək avtomobillər daha əlverişli və komfortlu olacaq”.
Qeyd edək ki, hazırda “Khazar” zavodunda “Runna”, “Samand”, “Soren”, “Dena” markalı avtomobillər yığılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]