Masallı rayonunun Kubin kəndində yeni tibb məntəqəsi açılmışdır
Masallı, 10 may (AZƏRTAC). Mayın 9-da Masallı rayonunun ucqar dağ kəndlərindən olan Kubin kəndində yeni tibb məntəqəsi açılmışdır.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edərək demişdir ki, bu gün kubinlilər üçün üçqat bayramdır. Xalqımız ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümünü qeyd edir.
Kənd sakini, müharibə veteranı Tərlan Nəzərov ölkəmizdə müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söhbət açaraq bildirmişdir ki, bu gün 9 may Qələbə günü bizim bayramımızdır. Arzu edirik ki, Qarabağın azad olacağı günü də belə təntənə ilə qeyd edək.
Yeni tibb məntəqəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar səhiyyə ocağında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]