Mayın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Temperatur gecə 9-14° isti, gündüz 17-22° isti təşkil edəcəkdir.
Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaqdır.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət isə 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq.
Temperatur gecə 9-14° isti, gündüz 22-27° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 3-8° isti, gündüz 13-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
Gündüz əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13° isti, gündüz 19-24° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-
Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 13-17° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala
rayonlarında
gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gündüz əsaəsn yağmursuz keçəcək, gecə və axşam isə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-9° isti, gündüz 13-18° isti olacaqdır.