Məcburi köçkün qadınlar gender bərabərliyi və qadın hüquqları ilə bağlı təlimə cəlb olunmuşlar
Bərdə, 23 noyabr (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNESKO-nun birgə təşkilatçılığı ilə həyata keçirilən “Məcburi köçkün qadınların gender bərabərliyi və qadın hüquqları üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində Bərdə şəhərində dördgünlük təlim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təlimdə 50 məcburi köçkün qadın iştirak etmişdir. Təlim zamanı iştirakçılar gender əsaslı ayrı-seçkilik, gender yönümündə həssas yanaşmanın praktiki tətbiqi barədə məlumatlandırılmış, onlara Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində əldə olunan nailiyyətlər, dövlət proqramları, milli fəaliyyət planları, o cümlədən BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyası, ratifikasiya olunmuş beynəlxalq sənədlərlə bağlı ətraflı məlumat verilmiş, müzakirələr aparılmışdır.
Təqdim olunan mövzular iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. İştirakçılara mövzuya dair buklet və çap materialları paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]