MƏCBURİ KÖÇKÜNLƏR YENİ QƏSƏBƏYƏ KÖÇÜRÜLÜR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan AZƏRTAC-a bildirmişlər ki, Ağcabədi rayonu ərazisindəki “Türk Qızıl ay” çadır şəhərciyində məskunlaşmış 157 məcburi köçkün ailəsi Ağdam rayonunun Quzanlı və Çəmənli kəndləri arasındakı Səfərli adlanan ərazidə tikintisi başa çatmış yeni qəsəbəyə köçürülür.
Dövlət Neft Fondunun vəsaiti hesabına salınmış bu qəsəbədə tikinti-quraşdırma işləri “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülmüşdür. Əsasən, iki və üçotaqlı evlərdən ibarət olan yeni qəsəbə su, elektrik enerjisi ilə təchiz olunmuş, hər ailəyə həyətyanı torpaq sahəsi ayrılmışdır.