İQTİSADİYYAT
MƏCBURİ KÖÇKÜNLƏRƏ 1 MİLYON 300 MİN DOLLAR KREDİT VERİLMİŞDİR
Məcburi Köçkünlərin İşi üzrə Sosial Fonddan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Dünya Bankı tərəfindən məcburi köçkünlərin maliyyələşdirilməsi üçün 2 milyon dollar vəsait ayrılmışdır. Sosial Fondun vəsaitlərinin yerləşdirilməsi ilə məşğul olan 7 kredit ittifaqı və 5 mikrokredit təşkilatı həmin vəsaitin 1 milyon 300 min dollarını artıq məcburi köçkünlərə paylamışdır. Bu vəsait hesabına məcburi köçkünlər maldarlıq, əkinçilik və kənd təsərrüfatının digər sahələrini inkişaf etdirir, öz sosial problemlərini həll edirlər.
Kreditlərin verilməsi üzrə birinci tranş artıq başa çatmışdır. Qalan vəsait də İlin sonunadək öz sahiblərinə çatdırılacaqdır.