MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DİQQƏT ARTIR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Bankının maliyyələşdirdiyi “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi”nin mikrokredit proqramı üzrə 500 min ABŞ dolları məbləğində mikrokreditin məcburi köçkünlərə verilməsi qaydaları və şərtləri müəyyənləşdirilmişdir. Bu kreditlərin verilməsi ilə iki qeyri-bank təşkilatı məşğul olacaqdır.
Mikrokredit layihələri Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində məskunlaşmış məcburi köçkün ailələrini əhatə edəcəkdir.