Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mədəniyyət” qəzeti “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılış hazırlayıb

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini yüksəltmək deməkdir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin mütəfəkkir şairin 600 illiyi ilə bağlı dediyi bu sözlər “Mədəniyyət” qəzetinin yenicə çapdan çıxan “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışında diqqətə çatdırılır.

Xüsusi buraxılış dahi şairin yubileyinə, “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini bir daha məcmu halda oxuculara təqdim edir. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış “Mədəniyyət” qəzeti və “Baku Guide” MMC-nin birgə nəşri olaraq ərsəyə gəlib.

Dahi şairin 650 illiyi və “Nəsimi ili” haqqında ölkə başçısının sərəncamları ilə açılan nəşrdə qeyd edilir ki, Nəsiminin zəngin irsinin belə geniş miqyasda təbliği Azərbaycan xalqının çoxəsrlik tarixə malik mədəniyyət və ədəbiyyatının növbəti təntənəsidir. Vurğulanır ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, yaradıcılığının tədqiqi və təbliği, dünyada tanıdılması ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin 70-ci illərində Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin UNESKO səviyyəsində qeyd edilməsi təkcə böyük şairin deyil, ümumilikdə Azərbaycanın dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

“Xalq öz dühaları ilə dünyada tanınır” başlıqlı yazıda bu barədə ətraflı bəhs edilir. Heydər Əliyev 1973-cü il sentyabrın 14-də Nəsiminin 600 illiyinə həsr olunan mərasimdə bu yubileyin əhəmiyyətini vurğulayaraq demişdi: “Bu günlər qədim Azərbaycan torpağında böyük bayramdır, poeziya bayramı, ədəbiyyat bayramı, bədii söz bayramıdır. Bəşəriyyət onu mənəvi cəhətdən zənginləşdirən simaları həmişə yüksək qiymətləndirmişdir. Azərbaycan xalqı öz böyük övladlarının - Nizaminin, Xaqaninin, Füzulinin və başqalarının adlarını iftixarla çəkir. Bu gün isə biz Azərbaycan və dünya poeziyasının parlaq ulduzu İmadəddin Nəsiminin yubileyini qeyd edirik”.

Yazıda qeyd olunur ki, həmin dövrdən etibarən şairin yaradıcılığı ilə bağlı araşdırmalar genişləndi, müxtəlif dillərə tərcümə edilmiş kitabları işıq üzü gördü. Nəsimi haqqında bədii əsərlər, təsviri sənət, ekran və səhnə əsərləri yarandı, 1979-cu ildə Bakıda şairin möhtəşəm abidəsi ucaldıldı, xatirəsi şəhər və rayonlarda əbədiləşdirildi. Bütün bunlar, ulu öndərin dediyi kimi, Nəsiminin yenidən doğuluşu, Nəsimi irsinin intibahı idi.

Ümummilli liderin mədəni irsimizə, böyük söz-sənət xadimlərinin xatirəsinə diqqət və qayğısı bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir. Nəsimi yeganə Azərbaycan şairidir ki, son yarım əsrdə yubileyi iki dəfə UNESKO-da qeyd edilib. 2017-ci ilin 18 mayında Parisdə şairin vəfatının 600-cü ildönümü münasibətilə keçirilən mərasim dünya poeziyasında parlaq iz qoymuş Nəsimiyə bəşəri ehtiramı bir daha nümayiş etdirdi. Nəşrdə bu əlamətdar hadisə də xatırlanır. Bundan əlavə, 2018-ci ildə ilk dəfə gerçəkləşən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifi olduğu Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalından söz açılır. Qeyd olunur ki, Heydər Əliyev Fondunun layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin payızında ölkəmizdə ikinci dəfə Nəsimi festivalı keçiriləcək.

Xüsusi buraxılışda “Nəsimi ili” çərçivəsində xarici ölkələrdə keçirilən tədbirlərdən də bəhs olunur. 2019-cu il TÜRKSOY tərəfindən dahi Azərbaycan şairinin xatirəsinə “Nəsimini anma ili” elan edilib. Bununla bağlı mart ayında Ankarada və İstanbulda keçirilən tədbirlər xüsusi buraxılışda geniş əksini tapıb. Həmçinin Yunus Əmrə İnstitutu (Türkiyə) ilə birgə Budapeştdə, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Nur-Sultan şəhərində, eləcə də Vyanada, Belqradda, Minskdə, Bişkekdə, Daşkənddə və digər şəhərlərdə keçirilən musiqili-ədəbi gecə, simpozium və konfranslar, Kiyevdə qüdrətli söz ustadının abidəsinin ucaldılması, serb, rus, qazax, özbək dillərində şairin kitablarının nəşri və s. layihələr diqqətə çatdırılır.

Xüsusi buraxılışda ölkəmizin regionlarında “Nəsimi ili” çərçivəsində gerçəkləşən tədbirlərə geniş yer verilib. Bu ilin mart-may aylarında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalında da Nəsimi irsinə xüsusi diqqət ayrılmışdı. Bakı şəhərində və nazirliyin 15 regional idarəsinin şəhər və rayonlarında təşkil olunan silsilə tədbirlərdən bəhs edən materiallar Nəsimi poeziyasından nümunələrlə müşayiət olunur.

Nəsiminin 650 illiyinə həsr olunmuş “Səsin sehri” bədii qiraət müsabiqəsi, Bakı Uşaq Teatrının təşəbbüsü ilə reallaşan "Nəsimi ili - Nəsimi dili" festivalı, digər layihələr də nəşrdə əksini tapıb.

“Mütəfəkkir şair ömrünün ekran təcəssümü” adlı yazıda yazıçı İsa Hüseynovun ssenarisi üzrə Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filmindən söz açılır. “Nəsimi dünyası təsviri sənətdə” yazısında vurğulanır ki, dahi şairin rəssamlıq, heykəltəraşlıq, xalça və s. nümunələrdə təcəssümü ayrı-ayrı müəlliflərin mövzuya özünəməxsus yanaşmasını da ortaya qoyur. Daha bir yazıda Nəsimi obrazı və ideallarının musiqiyə köçməsindən, bəstəkarlarımızın bu mövzuda yaratdığı müxtəlif janrlı əsərlərdən söz açılır. “Əbədiyyət və ədəbiyyat günəşi” adlı material Nəsimi irsinə dair tədqiqat və nəşrlər haqqındadır.

Sözünün qüdrəti ilə əsrləri aşaraq zəmanəmizə qədər gəlib çıxan Nəsimi humanizm carçısı, bəşəri ideyaların tərənnümçüsü kimi dünyada özünə əbədi ad qazanıb. Xüsusi buraxılışda müxtəlif ölkələrin tanınmış elm, ədəbiyyat xadimlərinin Azərbaycanın böyük şairinə bəslədiyi dərin ehtiram da qeyd olunur. Bununla bağlı Amerika yazıçısı Cozef Nortun sözləri xüsusilə diqqətəlayiqdir: “Nəsimi cəhalət zülmətində ictimai ədalətsizlik hökm sürən bir zamanda Prometey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım kimi şəfəq saçmışdır. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib