Mədəniyyət Sarayında gənc və istedadlı qiraətçilər Nəsiminin əsərlərini səsləndiriblər
Bakı, 11 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayında Azərbaycan Dövlət Televiziyasının Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Sehrli söz” adlı şeir müsabiqəsinin üçüncü mərhələsi təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə gənc və istedadlı qiraətçilər Nəsiminin əsərlərini məharətlə səsləndiriblər.
Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.