Mediada narkomanlığa qarşı mübarizə üzrə maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilir
Bakı, 28 aprel, AZƏRTAC
Media subyektləri tərəfindən həyata keçirilmiş tədbirlərin monitorinqinə dair cari ilin yanvar-mart aylarına olan məlumatlar Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupuna təqdim olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılmasının monitorinqi həyata keçirilib. İşçi Qrupu və digər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 3694 dəfə yayımlanması, televiziya kanallarında ekspertlərin iştirakı ilə 28 xüsusi verilişin təşkil edilməsi, ümumölkə və regional yerüstü radio yayımlarında isə 5465 dəfə yayımlanması, habelə narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilib.
Bununla yanaşı, Medianın İnkişafı Agentliyinin məlumatına əsasən, narkomanlığa qarşı mübarizə mövzusunda bu ilin ilk rübündə veb-saytlarda 5 mindən çox material dərc edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]