MƏHKƏMƏ QƏRARLARINI YALNIZ MƏHKƏMƏ İCRAÇILARI YERİNƏ YETİRƏCƏKLƏR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının dekabrın 20-də keçirilən iclasında “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi məsələsi müzakirə olunmuşdur.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlar arasında ziddiyyət yaranmışdır. Belə ki, adı çəkilən qanunla məhkəmə qərarlarının icrası məhkəmə icraçılarına həvalə edildiyi halda, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında”, “Gömrük Məcəlləsi”, “Əmək Məcəlləsi”, “Dövlət rüsumu haqqında” qanunlara əsasən həmin funksiyanı başqa müvafiq icra strukturları yerinə yetirirdi. Belə ziddiyyətləri aradan qaldırmaq məqsədilə həmin qanunların müvafiq maddələrinə əlavə və dəyişikliklər etməklə məhkəmə qərarlarının icrasının məhz məhkəmə icraçılarına həvalə edilməsi məqsədəuyğun sayılmışdır. Komissiya üzvləri layihəni müzakirə edərək, onu parlamentin plenar iclasının gündəliyinə çıxarılmasını tövsiyə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]