“Mən, sən, o və telefon” tamaşası yenidən səhnədə
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 15-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Anarın eyniadlı əsəri əsasında hazırlanmış “Mən, sən, o və telefon” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Kristina Danilinadır.
Rejissorun sözlərinə görə, "Mən, sən, o və telefon" tamaşası tamamilə hər yaşda olan tamaşaçıların başa düşə biləcəyi universal hekayədir: “Sizə deyə bilərəm ki, bu darıxdırıcı olmayacaq. Tamaşaçılar bir çox aktyorları yenidən kəşf edəcək. Bir sözlə kəşflər tamaşası olacaq. Hekayənin intriqasının nə olduğunu anlamağın ən yaxşı yolu gəlib “Mən, sən, o və telefon” tamaşasına baxmaqdır”, - deyə Ərşad Ələkbərov qeyd edib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]