Mərc oyunları məntəqəsindən, mağazadan və evdən oğurluq etmiş şəxslər yaxalanmışlar
Bakı, 19 noyabr (AZƏRTAC). Səbail rayonunda Rəvan Əmirovun “Topaz” mərc oyunları məntəqəsindən iki min manat pul oğurlanmışdır.
Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı sakini Əli Qurbanov yaxalanmışdır.
Sabunçu rayonunda Ülkər Yusifovanın evindən qızıl əşyaları oğurlanmışdır.
Oğurluq hadisəsini törətmiş Bakı sakini Beyrək Quliyev rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Tərtər rayonunun Düyərli kənd sakini Elməddin Abbasova məxsus mağazadan pul oğurlanmışdır.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bruc kənd sakini Qəzənfər Ağayev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Yasamal rayonunda Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevdən 0,395 qram heroin rayon polis idarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir.
Aparılmış araşdırmalar nəticəsində həmin şəxsin D.Bünyadzadə küçəsində yerləşən “Vital” klinikanın işçisi Günay Mürşüdovanın çantasını oğurlaması da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]