İQTİSADİYYAT
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2006024700 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 96.9462 AZN (4.5 faiz) və 97.6753 AZN (3.4 faiz) olan 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 86 milyon 868 min 200 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.5419 AZN (3.6 faiz), orta ölçülmüş qiyməti isə 97.5649 AZN (3.57 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar gələn il fevralın 15-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]